Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər.
"Unikal" xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sarı “Al Masirah” telekanalında bildirib.
Onun sözlərinə görə, husilər Aralıq dənizində İsrailin Hayfa limanına gedən “Waler” neft tankerinə hücum ediblər.
Bundan əlavə, husi sözçüsü Aralıq dənizində “Johannes Maersk” konteyner gəmisinə, həmçinin Qırmızı dənizdə “Delonix” kimyəvi tankerə və “Loannis” yük daşıyıcısına hücumların edildiyini açıqlayıb.