Qaxda baş vermiş yol qəzasında xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bununla qəzada dünyasını dəyişənlərin sayı 3 nəfərə çatıb. 

*** 20:53

Qaxda ağır yol qəzası olub, ölənlər və yaralananlar var.

"Unikal" xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir-neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli