Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza nəticəsində bir ailənin 3 üzvü - 35 yaşlı Həbib Qurbanov, eləcə də həmin nəqliyyat vasitəsindəki sərnişinlər- 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və 1989-cu il təvəllüdlü Aygün Qurbanova aldıqları xəsarətlərdən vəfat ediblər.

Həlak olanlardan bir nəfər Gülnarə Qurbanova kənd məktəbinin rus dili müəllimi imiş.