Goranboyda 40 yaşlı Yardımlı sakini dünyasını dəyişib. 

"Unikal"ın məlumatına görə, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

1984-cü il təvəllüdlü Yardımlı sakini Şərbətov Pərviz Əliqulu oğlunun toy məclisində vəziyyəti qəfil pisləşib və o ölüb.

Əldə edilən məlumata görə, ürəktutmasından ölən şəxs hərbçidir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov