Şabran rayonunda ağır yol qəzasında 1 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
"Unikal"ın məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "SHACMAN" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Belə ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Vəliyeva Pəri, 1995-ci il təvəllüdlü Seyidağa Səmədov və 1984-cü il təvəllüdlü İlqar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı aldığı xəsarətlərdən ölən 1994-cü il təvəllüdlü Əmirli Vahid Seymur oğlunun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Qəzaya düşən şəxslər, növbəyə gedən Dövlət Gömrük Komitəsinin əməkdaşları olublar.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən bildirilib ki, iyulun 1-də, saat 08:45-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verən qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri ilə Şabran Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Məlumata görə, onlardan 1989-cu il təvəllüdlü şəxsə (qadın cinsli) başın çoxsaylı yarası, əlin və barmaqların sınığı,1995-ci il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin əzilməsi, sağ orbital nahiyəsinin hematoması, 1984-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud sümüyünün sınığı diaqnozu qoyulub.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicələri Şabran Rayonu Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Xanlar Qaraca