Şəkidə piyadanı avtomobil vurub.

"Unikal" xəbər verir ki,hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Belə ki, 1955-ci il təvəllüdlü İbrahimov Abdurəhman Qədir oğlunu minik avtomobili vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli