Rüfət Aslanlıdan müəmmalı nəzarətsizlik
21:34 07-06-2013
İQTİSADİYYAT
Rüfət Aslanlıdan müəmmalı nəzarətsizlik
Onun rəhbərlik etdiyi komitə qeyri-şəffaf birjadankənar bazarın inkişafına yaşıl işıq yandırır
Bakı Fond Birjası (BFB) 30 aprel-31 may üçün investisiya qiymətli kağızlarla birjadankənar əməliyyatlar barədə məlumat açıqlayıb. Burdan müəyyən strukturların bu qeyri-şəffaf bazar platformasında sabitliyə kömək etdiyi görünür.
Deyilən dövrdə birjadankənar fond bazarında 9 862,7 min manatlıq əqdlər qeydiyyata alınıb. Bu, BFB-də 5 aylıq təkrar səhm bazarının həcmindən 2,4 dəfə çoxdur. Birjanın məlumatına görə, bu ilin mayında maliyyə institutları 7 229,4 min manatlıq, sənaye şirkətləri 1 616,2 min manatlıq, iqtisadiyyatın başqa sahələri 517,1 min manatlıq əqd bağlayıb. Bütün əməliyyatlar qiymətli kağızların nominal qiyməti ilə olub.
2012-ci ilin martından BFB birjadankənar bazarda konkret əqdlər üzrə məlumatları gizləyir. "Adlı investisiya qiymətli kağızların alqı-satqısı haqqında əqd bağlanması qaydaları"na əsasən, BFB konkret tərəflər istisna, birjadankənar əqdlərin bütün aspektlərini açıqlamalıdır. Bundan başqa, birjadankənar platforma insayder əqdlərinin sevimli yeridir. Orda QKDK-nın normativ aktlarına (dekabr 2012) zidd olaraq əqdlər açıqlanmır.
Maraqlıdır ki, jurnalistlərin "Niyə QKDK informasiya açıqlığı tələbinin birja tərəfindən pozulmasına nəzarət etmir?" sualına cavab olaraq, QKDK sədri Rüfət Aslanlı "BFB saytında çoxlu informasiya tapmaq olar" deməklə kifayətlənir.
Amma, əvvəla BFB-nin saytında məlumatların çoxluğu hələ əsas, zəruri informasiyaların bolluğu anlamına gəlmir.
İkincisi, komitə sədrinin Bakı Fond Birjasının saytındakı məlumatları rəhbərlik etdiyi komitənin BFB tərəfindən informasiya açıqlığı tələbinin pozulmasına nəzarət etməməsinə bəhanə kimi göstərməsi yanlışdır. Rüfət Aslanlı unutmamalıdır ki, BFB-də şəffaflığın, informasiya açıqlığının təmin olunmasına nəzarət sədri olduğu QKDK-nin əsas funksiyalarından bidir.
Bu funksiya yerinə yetirilmirsə, ortaya başqa suallar, müəmmalar çıxır. İnformasiya qapalılığının, qeyri-şəffaflığın ilk növbədə korrupsiyanın önünü açdığını nəzərə alsaq, o zaman söhbətin hansı suallardan və müəmmalardan getdiyini xüsusi vurğulamağa yəqin ki, heç bir ehtiyac qalmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20