Rüstəm İbrahimbəyovu Azərbaycanın 1 faizi belə tanımır
21:36 07-06-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyovu Azərbaycanın 1 faizi belə tanımır
İlham Əliyev seçkilərə rəqibsiz gedəcək
Yavaş-yavaş Milli Şura ətrafındakı buludlar çəkilməyə başlayır. Bir neçə gündən sonra tərkibi elan olunacaq Milli Şuranın artıq Rusiya vasitəsi ilə yaradılmasına heç kəsdə şübhə yeri qalmayıb. Bunu hətta ən radikal müxalifətçilərdə hiss edir və bu səbəbdən bəzi simalar bu təşkilatdan kənarda durmağa çalşır. Məsələn Müsavatın aparat rəhbəri Arif Hacılı hələ ki, Milli Şuraya qoşulmayacağını bildirir. Çünki təşkilatın Rusiya ilə bağlılığını həzm edə bilmir və bəyan edib ki, yalnız Rəsulzadə-Elçibəy xəttini müdafiə edən təşkilatlarda ola bilər.
Digər tərəfdən müxalifətin aparıcı güclərindən olan Pənah Hüseynlidə gözləmə mövqeyindədir və bildirib ki, bu təşkilata o zaman yaxınlaşacaq ki, təşkilatın tərkibi elan edilsin.Bu arada aydın oldu ki, Milli Şuranın tərkibi elan ediləndən sonra prezident seçkilərində iştirak etmək üçün vahid namizəd müəyyənləşdirəcəklər. Dünənə qədər proseslərdən kənarda durmağa çalışan Rüstəm İbrahimbəyov artıq hərəkətə keçib və vahid namizəd olma ehtimalını belə qəbul etməyə həvəsli görünür:-"Mən bir dəfə demişəm, bir daha təkrar edirəm ki, bir ziyalı kimi, Ziyalılar Forumunun təsisçisi kimi siyasətlə məşğul olmaq istəmirəm. Yəni, mənim hər hansı siyasi iddiam yoxdur, mən sadəcə azad və demokratik cəmiyyətin qurulmasını istəyirəm. Mənim mövqeyim belədir. Ona görə də mən nəzərdə tutduğum şəxslərdən birinin namizədliyini irəli sürəcəm. Amma ümumi rəy bundan ibarət olsa ki, vahid namizəd mən olum, o zaman bu qərara tabe olmağa məcburam. Bununla belə çalışacam ki, vahid namizəd Milli Şurada təmsil olunan və buna daha çox layiq şəxs olsun". Maraqlıdır, nədən Rüstəm İbrahimbəyov vahid namizəd olma ehtimalını gündəmə gətirir? Ekspertlər hesab edir ki, Rusiya narahatdır ki, vahid namizəd İsa Qəmbər və ya Əli Kərimli olarsa prosesin ortasında Rusiya qarşısındakı öhdəlikləri yerinə yetirməkdən imtina etsinlər. Buna görə Rusiyaya qarrantiya lazımdır. Hazırda Azərbaycanın siyasi meydanında isə Rusiyaya etibarlı olan hansısa sima yoxdur. Belə olan təqdirdə meydana məhz Rüstəm İbrahimbəyov çıxmalı oldu. Amma ekspertlər Rüstəm İbrahimbəyovu heç də uğurlu seçim hesab etmirlər. Nəyə görə? İlk növbədə ona görə ki, onun arxasında real bir təşkilat yoxdur. Deyilə bilinər ki, Milli Şurada olan partiyalar bu rolu oynaya bilər. Amma bu faktda mövcuddur ki, Rəsulzadə-Elçibəy yolunu tutan Müsavat və AXCP üzvləri Moskvanın fiquru kimi qəbul olunan Rüstəm İbrahimbəyov üçün nələrsə etməyəcəklər. Yəni sadəcə ortada zahiri bir görüntü olacaq.Elə bu səbəbdən də Arif Hacılı, Pənah Hüseynli kimi simalar meydanda yoxdurlar. Başqa bir tərəfdən Rüstəm İbrahimbəyov bir siyasətçi kimi konkret platformaya və məqsədə sahib deyil. Böyük güclər üçün Rüstəm İbrahimbəyov bir müəammadır və siyasətdə belə müəammalı risklər qəbul olunmur. Nəhayət Rüstəm İbrahimbəyov nə qədər tanınmış rejisor,ssenarist olsada onu Azərbaycan cəmiyyətinin demək olar ki, bir faizi belə tanımır. Yəni bölgələrdə olan milyonlarla seçici üçün Rüstəm İbrahimbəyovun adı heç bir əhəmiyyət daşımır. Belə olan halda seçicinin tanımadığı hansısa ssenaristə səs verməsi sadəcə mümkünsüzdür. Buna görə hesab etmək olar ki, İlham Əliyev bu seçkilərə rəqibsiz gedəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20