Los-Ancelesdə ABŞ-nin Müstəqillik Günü paradında aktyor Denni Trejo qalmaqala səbəb olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Machete” ulduzu köhnə avtomobilinə atılan şişmə su şarına görə qəzəblənib. Trejo maşından tullanıb və insanlara hücum edib.
İnternetə sızan videoda 80 yaşlı sənətçinin bir neçə nəfər tərəfindən necə saxlandığını əks olunub.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gələnə qədər izdiham artıq dağılıb və heç kim həbs olunmayıb. Trejo özü insanların hərəkətlərini başa düşmədiyini, hadisədən sonra özünü normal hiss etdiyini bildirib. O, insanların bu hərəkətini davranışını uşaqlıq və qorxaqlıq adlandırıb.