Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.

"Unikal" xəbər verir ki, hadisə rayon mərkəzində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Həsənova Solmaz Təhməz qızını vurub. Nəticədə S.Həsənova aldığı zərbədən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.