"Barbie" filminin baş rol ifaçısı Marqot Robbi ana olmağa hazırlaşır.

"Unikal" xəbər verir ki, uzun illərdir Tom Akerli ilə evli olan aktrisanın ana olacağı məlum olub.

Gözəl aktrisanın ana olacağı tətil zamanı obyektivlərə tuş gəlib. Qarnı gözə dəyən aktrisa açıq geyimi ilə bütün diqqətləri üzərinə çəkib. Məşhur aktrisa isə hələ hamiləliyi ilə bağlı açıqlama verməyib.

Zərifə Nağıyeva