Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib. 

"Unikal" "Qaynarinfo"ya istinadən xəbər verir ki, generalın adı artıq nazirliyin rəsmi saytından silinib.

FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu bildirilir.