Paytaxtda 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə "Unikal"a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma aparılır.
***
14:47
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Xəsarət alanın olmadığı bildirilir, əlavə məlumat veriləcək.