Mingəçevirdə "Vaz" markalı minik maşınında yanğın baş verib .

"Unikal"ın məlumatına görə, hadisə şəhər avtovağzalı yaxınlığında baş verib.

Hadisəyə səbəb yol qəzası olub. "Opel" markalı avtomobil "Vaz"  la toqquşub və nəticədə sonuncu yanaraq yararsız hala düşüb. Digər avtomobil də zərər görsə də, xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə briqadası cəlb olunub.

Ehtiram Muradov