Bakı Mühəndislik Universiteti (BMU) ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan  “QS Quacquarelli Symonds”un “QS Avropa 2025” (“QS Europe 2025”) reytinq cədvəlində uğurlu nəticə əldə edib.

"Unikal" xəbər verir ki, Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqindənövbəti dəfə yer alan BMU ötən illə müqayisədə 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəlib. 

Yeni reytinqə Avropanın ümumi 685 ali təhsil müəssisəsi daxil edilib.  Reytinq cədvəlində BMU ilə yanaşı, ölkəmizin 9 universiteti yer alıb. 
Reytinq ümumilikdə 12 indikator üzrə (universitetlərin akademik və işəgötürən icmalarında tanınma, tədqiqat işlərinə töhfə, təhsil mühitinin keyfiyyəti, beynəlmiləlləşmə, akademik mobillik və davamlı inkişafa sadiqlik və s.) müəyyən olunub.