Kürdəmirdə idarəetmədən çıxan “Mercedes” su kanalına düşüb, xəsarət alanlar var.

"Unikal" apa-ya istinadən xəbər verir ki,  hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu "Mercedes" markalı mikroavtobusla hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.

Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.