Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onbeşmərtəbəli yaşayış binasının 9 və 10-cu mərtəbələrarası şaxtadan keçən naqillər 3 p.m. yanıb. 

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.