35 yaşlı fransalı Fransua Leteksier Almaniyada başa çatmaq üzrə olan Avro-2024-ün final mərhələsinin İspaniya - İngiltərə oyununa baş hakim təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə UEFA-nın saytında qeyd olunub.
Ona fransızlar Siril Munye və Mehdi Rəhmuni kömək edəcəklər. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.
Qarşılaşma iyulun 14-də Berlinin Olimpia stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ağarza Elçinoğlu