"Bizdə imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var".

"Unikal" xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyulun 11-də İslamabadda Azərbaycan Prezidenti İlham Əliyev ilə geniştərkibli görüşündə deyib.

"Elə indicə Siz mənə İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı qədər gözəl edə bilərik", - deyə Şahbaz Şərif vurğulayıb.