ABŞ-nin Havay ştatının Kauai adasının sahillərində helikopterin okeana düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Robinson R44" tipli helikopter yerli turizm agentliklərindən birinə məxsus olub.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində bir nəfərin cəsədi aşkarlanıb. İtkin düşən 2 nəfərin axtarışlarının davam etdiyi bildirilib.
Zərifə Nağıyeva