"Sərhədin demarkasiyası prosesinin bütün mənası Ermənistana məxsus ərazilərin Ermənistana, Azərbaycanaməxsus ərazilərin isə Azərbaycana qaytarılmasıdır".
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Akop Arşakyan brifinq zamanı bildirib.
O, qeyd edib ki, ölkələr başlanğıcı və sonu olan bir prosesə başlayıb: "Biz artıq ilk üç faizi keçmişik, siz o üç faizi tam təqdim etmək istəyirsiniz. Siz onu təqdim edə bilməzsiniz, çünki proses 100 faiz təqdim edilməlidir. Mən sizə deyirəm ki, 100 faiz icra olunarsa, bütün Ermənistan əraziləri Ermənistana, bütün Azərbaycan əraziləri Azərbaycana qaytarılacaq".
Ağarza Elçinoğlu