İsveçrə millisinin baş məşqçisi Murat Yakınla müqavilənin müddəti uzadılıb.
"Unikal" İsveçrə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.
İsveçrə millisi Yakının rəhbərliyi altında Almaniyada keçirilən Avropa çempionatının 1/4 final mərhələsində İngiltərəyə penaltilər seriyasında uduzaraq mübarizəni dayandırmışdı.
Qeyd edək ki, Murat Yakın 2021-ci ilin avqustundan İsveçrə seçməsinə rəhbərlik edir.