“Beşiktaş” italiyalı tanınmış futbolçu Çiro İmmobilenin transferini açıqlayıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, “qara qartallar” 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb. Onun İstanbul təmsilçisindəki illik maaşı 6 milyon avro olacaq.

Qeyd edək ki, Çiro İmmobile “Beşiktaş”a İtaliyanın “Latsio” komandasından keçib.