Xaçmaz rayonunun Nabran istirahət zonasında bədbəxt hadisə yaşanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü Quba rayon sakini Həsənli Etibar Böyükağa oğlu "Elfaro" İstirahət Mərkəzinin hovuzunda çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Fakt Xaçmaz rayon Prokurorluğu tərəfindən araşdırılır.