Xəbər verdiyimiz kimi, Şəkidə Baş Kəldək kənd sakini, 57 yaşlı Mais Nəbiyev ağır dərəcəli  yanıq xəsarətləri alıb.  

"Unikal" hadisənin bəzi təfərrüatlarını əldə edib. Belə ki, yanğın 57 yaşlı kişinin yatdığı zaman baş verib və çarpayı alışıb. Onun köməyinə kənd sakinləri çatıb. Qonşular dərhal müdaxilə edərək M. Nəbiyevi yanan evdən çıxarıblar. 

Ağır dərəcəli yanıq xəsarətləri alan M.Nəbiyev  Şəki rayon Mərkəzi Xəstəxanasına catdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

57 yaşlı kişinin içkili olduğu və çarpayının da siqaretdın alışdıgı bildirilir.

XXX

23:06

Şəkidə 57 yaşlı kişi ağır yanıq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki,  Şəki rayon Baş Kəldək kənd sakini 1967 ci il təvəllüdlü Nəbiyev Mais Qinyət oğlu ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub. Reanimasiyaya yerləşdirilən 57 yaşlı kişinin müalicəsi xəstəxanada davam etdirilir.
M.Nəbiyevin hansı şəraitdə yanıq xəsarətləri aldıgı hələlik məlum deyil.

Seymur Əli