Amerikalı aktrisa, "Beverly Hills, 90210" seriallarının ulduzu Şannen Doherti vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə “People” məlumat yayıb. Ulduzun nümayəndəsi Lesli Sloan "Aktrisa Şennen Dohertinin vəfatını ürək ağrısı ilə təsdiqləyirəm” deyə, bildirib.

Ölümün səbəbinin xərçəng olduğu deyilib. 2015-ci ildən aktrisa döş xərçəngi ilə mübarizə aparır. Daha sonra Doherti özü xərçəngin dördüncü mərhələyə çatdığını bildirib.