Florida ştatının məhkəməsi ABŞ-ın sabiq Prezidenti Donald Trampa qarşı məxfi sənədlərin qanunsuz saxlanması haqqında cinayət işini sui-qəsddən bir sutka sonra bağlayıb.
"Unikal" xəbər verir ki, bu barədə hakimin qərarında deyilir.
"Klarka müvafiq işi bağlamaq tapşırığı verilib. Planlaşdırılmış istənilən dinləmə ləğv edilir. Gözləyən istənilən vəsatətə baxılmasından imtina olunub ", - deyə ştat hakiminin qərarında bildirilib.
Qeyd olunur ki, işə xitam verilməsi barədə qərar xüsusi prokurorun təyin edilməsi qaydalarının pozulması ilə əsaslandırılıb.
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd şənbə günü seçkiqabağı mitinqində baş verib. Siyasətçi qulağından yaralanıb və mühafizə xidməti onu hadisə yerindən uzaqlaşdırıb. İnsident zamanı mitinq iştirakçılarından biri həlak olub, daha iki nəfər isə ağır yaralanıb.