Qazaxıstanın “FlyArystan” aviaşirkəti (loukosteri) yay fəsli üçün yeni uçuş cədvəlini elan edib.
"Unikal" xəbər verir ki, hazırda Aktaudan Bakıya həftədə üç dəfə reyslər təşkil olunur.
Aviaşirkət iyulun 16-dan avqustun 30-dək çərşənbə və bazar günləri olmaqla Aktaudan Bakıya reyslər həyata keçirəcək.
Bir müddət əvvəl şirkət, həmçinin Astana şəhərindən Bakıya iyun ayından etibarən həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı günləri həyata keçirilən uçuşları bərpa edib.