ABŞ Gürcüstanda rəngli inqilab təşkil etmək və orada Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu fikri ABŞ prezidenti Ronald Reyqanın administrasiyasında maliyyə nazirinin keçmiş köməkçisi Pol Kreyq Roberts “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib.
“Ukrayna münaqişəsini tamamilə Vaşinqton təşkil edib. O, buna görə Rusiyanı günahlandırmağa çalışır, amma əslində bunu özü qurub”, - deyə Roberts bildirib.
Ekspert vurğulayıb ki, hazırda Gürcüstanda Vaşinqtondan maliyyələşən qeyri-hökumət təşkilatları Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün orada rəngli inqilab təşkil etməyə çalışırlar.
Onun sözlərinə görə, ABŞ Moskvaya qarşı aqressiv siyasətindən əl çəkmir, Ukraynaya uzaqmənzilli silahların tədarükünü artırır və Rusiya ərazisinə zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırır.