ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynadakı münaqişənin heç bir vasitəçi olmadan həlli üçün Rusiya lideri Vladimir Putinlə dialoqa getməyə hazır olacaq.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a Respublikaçılar Partiyasının yüksək vəzifəli funksioneri bildirib.
“Şübhəsiz ki, o, Putinlə dialoqa başlayacaq və bunu vasitəçilərsiz edəcək”, - agentliyin həmsöhbəti Trampın Putinlə Ukrayna üzrə dialoqa hazır olması ilə bağlı sualı cavablandırarkən deyib.