Komor adalarının bayrağı altında üzən neft tankeri Oman sularında qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə Sultanlığın Müdafiə Nazirliyi yanında Dəniz Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Mərkəzin X səhifəsində (keçmiş Twitter) dərc edilən mesajda deyilir: "Komor adalarının bayrağı altında üzən neft tankeri Ras Madrakidən cənub-şərqdə 25 dəniz mili (təxminən 46 km - TASS qeydi) məsafədə, Ed-Dukm bölgəsində çevrilib".
Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatı aparır. Əlavə məlumat verilməyib.