Passau şəhərinə (Bavariya federal əyaləti) doğru təlimə gedən Almaniya Silahli Qüvvələriin tankı avtoban üzərində təsadüfən boş patronlarla atəş açıb.

"Unikal" xarici mətbuataa istinadən xəbər verir ki, gilizlər qarşıdan gələn avtomobilə dəydi.

Silahın boş patronlarla dolu olduğu və təhlükəsizlik baxımından yuxarıya doğru yönəldildiyi qeyd edilib.

"Hələlik müəyyən olunmayan səbəblərdən silahdan bir neçə dəfə atəş açılıb", - deyə polis bildirib.