Bakının bir sıra yollarında tıxac yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

2. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.