Donald Trampın ABŞ-nin vitse-prezidenti vəzifəsinə seçdiyi namizəd, Ohayo ştatından olan 39 yaşlı senator Ceyms Vans Rusiyaya səyahət qadağası olanların siyahısındadır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Onun adı Rusiya Xarici İşlər Nazirliyinin dərc etdiyi sanksiya siyahısında qeyd olunub: "2023-cü ilin may ayında Rusiya Xarici İşlər Nazirliyi Co Bayden administrasiyası tərəfindən müntəzəm olaraq tətbiq edilən anti-Rusiya sanksiyalarına cavab olaraq 500 ABŞ vətəndaşının ölkəyə girişinə qadağa qoyub. Siyahıya konqresmenlər və Ukraynanı silahla təchiz edən hərbi-sənaye kompleksinin şirkət rəhbərləri, sənət adamları, həmçinin “Kapitoliyə hücum” adlandırılan hadisədən sonra müxaliflərin təqibində bilavasitə iştirak edənlər daxildir.
Ağarza Elçinoğlu