Ukrayna səfiri Volodimir Zelenskinin Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfəri ilə bağlı açıqlamalarına görə Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Xarici İşlər Nazirliyi bazar ertəsi Ukrayna səfirini çağırıb və bu məsələni qaldırıb, bu, Nyu-Dehlinin Zelenskinin baş nazirə verdiyi şərhlərlə bağlı Ukraynanın mövqeyindən narazılığını açıq şəkildə göstərir", - məlumatda qeyd olunub.
Ötən həftə Zelenski Modinin Rusiya prezidenti Vladimir Putinlə görüşünü tənqid edərək, bunu sülh səylərinə sarsıdıcı zərbə adlandırıb.
Ağarza Elçinoğlu