İlon Mask seçkilərdə sabiq Prezident Donald Trampı dəstəkləyən yeni siyasi komitəyə ayda təxminən 45 milyon dollar ayırmağı planlaşdırır.

"Unikal" “New York Post” nəşrinə istinadla xəbər verir ki, “Tesla” şirkətinin və “X” platformasının rəhbəri sui-qəsd cəhdindən sonra Donald Trampı tam dəstəkləməyə qərar verib və onun seçki kampaniyasına töhfə verən bir neçə texnologiya maqnatından biri olub. Trampı dəstəkləyən digər tanınmışlar arasında “Palantir Technologies”in həmtəsisçisi Co Lonsdeyl, “Winklevoss”un sahibləri Kemerun Hovard və Tayler Hovard, ABŞ-ın Kanadadakı keçmiş səfiri Kelli Kraft və onun əri, kömür mədən şirkəti “Alliance Resource Partners”in baş direktoru Co Kraftın da adları var.

Qrupun səyləri Demokratların prezidentlik kampaniyalarına qarşı çıxan ştatlarda Donald Trampa dəstəyi səfərbər etməyə yönəlib.

İlon Mask artıq “America PAC” fonduna böyük məbləğdə ianə edib. O, Pensilvaniyada keçirilən mitinq zamanı Donald Trampa sui-qəsd cəhdinə qədər 2024-cü il seçkiləri üçün namizədləri açıq şəkildə dəstəkləməkdən imtina etmişdi. Bu insidentdən sonra isə özünün “X” sosial media kanalına Respublikaçı namizədi tam dəstəkləmək üçün müraciət edib.

Mask davamlı olaraq Baydenə qarşı çıxıb və sosial mediada Trampa dəstəyini açıq şəkildə nümayiş etdirib. O, həmçinin bu yaxınlarda sabiq Prezidentin bağlanmış "X" hesabını bərpa etmək barədə qərar verib.