Azərbaycanda Aşura mərasimləri keçirilir.

"Unikal" xəbər verir ki, mərasimlər “Təzə Pir”, Göy məscid, Bibiheybət, İmam Əli və ölkənin digər məscidlərində təşkil olunub.

Hazırda minlərlə insan Kərbəla faciəsini yad etmək, imam Hüseynin şücaəti haqqında moizələri dinləmək üçün məscidlərə toplaşıb.

Fotolar: Ayxan Məlikov