Minsk barıtını quru saxlamalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, Polşa və Litvandan problemləri diplomatik üsullarla həll etmək üçün qarşılıqlı münasibət görmədiyini bildirib: "Unutmayın və bilin ki, başqasının ayağı bizim torpaqlarımıza dəyməyənə qədər döyüşmək istəmirik. Biz ilk növbədə, qonşularımızla münasibətlərimizi diplomatik yolla tənzimləmək üçün hər şeyi edəcəyik.
Biz həm Polşa, həm də Litva ilə münasibətlərimizi məhz belə tənzimləməyi təklif edirik, lakin indiyə qədər biz qarşılıqlı münasibət görmürük, buna görə də şimal-qərb və qərb istiqamətlərində diqqətli olmalıyıq".
Ağarza Elçinoğlu