Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Dağıstanın Babayurt rayonunun administrasiyasında axtarışlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri sənədləri müsadirə edir: "Daxili İşlər Nazirliyinin əməkdaşları Babayurt rayonu administrasiyasında sənədləri ələ keçirir. Onlar administrasiyanın 2023-2024-cü illər üçün fəaliyyətini nəzərdən keçirirlər. Administrasiya adi qaydada işləyir".
Ağarza Elçinoğlu