Fransa prezidenti Emmanuel Makron bu axşam baş nazir Qabriel Attalın istefasını qəbul edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Agence France-Presse" Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.
Eyni zamanda, Makron nazirlərə cari vəzifələrini yerinə yetirməyə davam edəcəkləri barədə məlumat verib.
Bundan əvvəl Fransa prezidenti Attalın istefasını rədd etmişdi.
Ağarza Elçinoğlu