Böyük Britaniyanın Waкwick Universitetində IUPAC-ın təşkilatçılığı ilə MACRO-2024 adlı “50-ci Dünya Polimer Konqresi” keçirilib.

"Unikal" xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) Fizika və kimya kafedrasının müəllimi Rəna Xankişiyeva təmsil edib.

Rəna Xankişiyeva “Epoksidləşmiş akrilonitril butadien kauçukunun sintezi və onun  qamma şüalanması ilə alınan BNK/EPDM qarışıqlarının mexaniki xüsusiyyətlərinə təsiri” (“Synthesis of epoxidized acrylonitrile butadiene rubber and its impact on the mechanical characteristics of nbr/epdm blends through gamma irradiation-induced crosslinking”) mövzusunda məruzə ilə çıxış edib və mövzu ərafında verilən sualları cavablandırıb.

Qeyd edək ki, IUPAC tərəfindən təşkil olunan bu nüfuzlu elmi konfransa polimer sahəsində çalışan 61 ölkədən 1200 iştirakçı qatılıb. Konfransda smart polimerlər, davamlı gələcək üçün bərpa olunan resurslardan alınan polimerlər, bioloji parçalana bilən polimerlər, polimerlərin emalı, modelləşdirilməsi, simulyasiyası və s. kimi aktual mövzular ətrafında çıxışlar dinlənilib.