Türkiyəli aktrisa Səma Çeyrekbaşı xəstəxanalıq olub.
"Unikal" xəbər verir ki, aktrisa beynindəki qan laxtalanması səbəbindən reanimasiyaya yerləşdirilib.
Onun hazırda vəziyyəti ilə bağlı açıqlama verilməyib.
Qeyd edək ki, Səma son olaraq "Kendi Düşen Ağlamaz" serialında rol alıb. O, "Sandık kokusu" serialına çəkilməyə hazırlaşırdı.