"Easy On Me", "Hello", "Someone Like You" və "Rolling in Deep" kimi hitləri ilə tanınan britaniyalı müğənni Adel musiqiyə ara verəcəyini açıqlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, britaniyalı müğənni Las-Veqasda keçiriləcək "Weekends With Adele" verilişinin ardından bir müddət səhnəyə ara verəcək.

Müğənni yeni mahnılar ərsəyə gətirmək fikri olmadığını və uzun müddət musiqi kariyerasına fasilə verməyi planlaşdırdığını bildirib. "Mən heç olmasa bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm",- deyə Adele əlavə edib.

Zərifə Nağıyeva