Mingəçevirdə fərdi təsərrüfatda xoşagəlməz hadisə yaşanıb.

"Unikal" xəbər verir ki, ifaçının evində usta kimi çalışan Kərimov Səməd Möhəbbət oğlu hündürlükdən yıxılaraq ağır xəsarət alıb. 

Hadisə Günəşli fərdi yaşayış massivi 10 saylı küçədə baş verib.

Yaralı əvvəlcə şəhər xəstəxanasına çatdırılıb, daha sonra isə Gəncə klinikalarından birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov