“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevin Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə onlayın görüşü olub.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycanda həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasının maliyyələşmə məsələləri barədə müzakirələr aparılıb. Eyni zamanda yeni tikiləcək 500 kV-luq “Navai” yarımstansiyası, yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji, sosial təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.