İsveç millisinin sabiq futbolçusu Zlatan İbrahimoviçin oğlu Maksimilian İbrahimoviç İtaliyanın “Milan” komandası ilə peşəkar müqavilə bağlayıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, anlaşmaya əsasən, 18 yaşlı hücumçu yeni mövsümdə C Seriyasında mübarizə aparan “Milan Futuro” kollektivinin formasını geyinəcək.
Qeyd edək ki, ötən mövsüm “Milan”ın gənclər komandasında yer alan forvard 29 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.