Rusiya Xarici İşlər Nazirliyi prezident Vladimir Putinə qarşı planlaşdırılan sui-qəsd cəhdinə münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.
"Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun müzakirə etdiyi Rusiya prezidenti Vladimir Putinə qarşı sui-qəsd, şübhəsiz ki, Ukrayna hakimiyyətinin anqlosakson liderlərinin, rəsmi şəxslərin iştirakı ilə planlaşdırılıb", - deyə diplomat qeyd edib.
Bundan əvvəl Budanov Ukrayna xüsusi xidmət orqanlarının Putinə qarşı sui-qəsd cəhdinin uğursuz alındığını açıqlamışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Budanovun bəyanatını şərh edərkən qeyd edib ki, Rusiya prezidentinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir. Onun sözlərinə görə, Kiyev rejiminin yaratdığı bütün təhlükələr göz qabağındadır.
Ağarza Elçinoğlu