Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropada bir çox liderlər Gürcüstan kimi bir ölkənin bütün istiqamətlərdə suverenliyini qoruyub saxlamasının nə qədər çətin olduğunu başa düşmürlər.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Orban bu barədə Avropa Siyasi Birliyinin 4-cü iclasının keçirildiyi Böyük Britaniyada bildirib.
Macarıstanın baş nazirinin sözlərinə görə, Gürcüstanda çox çətin şərtlər altında ölkənin müstəqilliyini və suverenliyini qorumağa çalışan bir hökumət var: "Gürcüstan yaxşı ölkədir. Mən ölkə hökumətini çox yüksək qiymətləndirirəm, o, çox çətin şəraitdə müstəqilliyini və suverenliyini qorumağa çalışır. Təəssüf ki, bir çox Avropa liderləri Gürcüstan kimi bir ölkə üçün bütün istiqamətlərdə suverenliyi qorumağın nə qədər çətin olduğunu başa düşmürlər, lakin onların etdiklərini yüksək qiymətləndirirəm".
Ağarza Elçinoğlu