60 yaşlı alman kişi kök hüceyrə nəqlindən sonra HİV-dən effektiv şəkildə sağalmış yeddinci insan olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu ağrılı və riskli prosedur həm HİV, həm də aqressiv leykozlu insanlar üçün nəzərdə tutulub.
Ona görə də dünyada ölümcül virusla yaşayan 40 milyona yaxın insanın, demək olar ki, hamısı üçün uyğun deyil. Adının açıqlanmasını istəməyən alman “növbəti Berlin xəstəsi” adlandırılıb
Berlinin ilk xəstəsi Timoti Rey Braun 2008-ci ildə HİV-dən sağaldığını elan edən ilk insan olub. O, 2020-ci ildə xərçəngdən vəfat edib.