Rusiyanın 11-ci siniflər üçün tarix dərsliyində Qarri Kasparovun adı şahmat üzrə dünya çempionları siyahısından çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dərsliyi Rusiyanın keçmiş mədəniyyət naziri Vladimir Medinski hazırlayıb.
Xüsusilə, 1964-1985-ci illərdə ideologiya və mədəniyyət bölməsində şahmatla bağlı bölmədə Mixail Botvinnik, Vasili Smıslov, Mixail Tal, Tiqran Petrosyan, Boris Spasski və Anatoli Karpovun adları sadalanır.
Xatırladaq ki, Kasparov bir sıra müxalifət hərəkatlarının iştirakçısıdır və ardıcıl olaraq Rusiya hakimiyyətini tənqid edir.
2013-cü ilin iyununda o, Rusiyanı tərk etdiyini və beynəlxalq aləmdə Putin rejimi ilə mübarizəni davam etdirdiyini bəyan edib.
Ağarza Elçinoğlu